Oksana Parxomenko: Biz də medal qazanmaq istəyirik
19.09.2011 - 14:11
Oksana Parxomenko: Biz də medal qazanmaq istəyirik
“Komandamızda gözəl ab-hava var. Təlim-məşq toplanışımız davam edir və yarışa kimi hazırlığımız ən yüksək səviyyədə olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında voleybol üzrə Azərbaycan millisinin kapitanı Oksana Parxomenko deyib.

Təcrübəli voleybolçu Avro-2011-in final mərhələsi barədə fikirlərini bildirib. Hazırda İspaniyanın Barselona şəhərində təlim-məşq toplanışında yığmamızla birgə olan toppaylayıcımız deyib ki, Azərbaycan yığmasının əsas məqsədi mükafatçılar sırasına düşməkdir: “Hazırda Avropada çox güclü komandalar var. Düzdür, Serbiya, Almaniya, Rusiya, Hollandiya və İtaliya yığmalarını daha şanslı sayıram və onlar çempionluğa real namizədlərdir. Amma biz də medal qazanmaq istəyirik. İnşallah, bunu bacaracağıq. Çünki belə uğura imza ata bilərik. Qrupumuzda isə ən güclü rəqiblərimiz İtaliya və Türkiyə yığmalarıdır”.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda İtaliya, Türkiyə və Xorvatiya ilə mübarizə aparacaq.
0