Barselonada növbəti məğlubiyyət
19.09.2011 - 15:07
Barselonada növbəti məğlubiyyət
Avro-2011-in final mərhələsinə hazırlaşan Azərbaycan milli komandası İspaniya yığması ilə üçüncü yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, ilk 2 qarşılaşmanın 1-ində qalib gələn və digərində uduzan Faiq Qarayevin yetirmələri bu dəfə də məğlubiyyətə üzülüblər.

Belə ki, matçda 2 dəfə set hesabında geri düşən komandamız qarşılaşmada tarazlıq yaratsa da, tay-brekdə yenidən sevinən tərəf rəqib olub. Bununla da Barselonada birinci oyunda uduzan ispanlar həmyerlilərimizi ümumi hesabda da üstələyiblər – 2:1.

Qeyd edək ki, millimiz İtaliyaya sentyabrın 21-də yola düşəcək.



İspaniya – Azərbaycan - 3:2 (19:25, 25:13, 25:15, 20:25, 15:13)
0