Millimizin üzvü “Trabzonspor”la anlaşdı
20.09.2011 - 10:38
Millimizin üzvü “Trabzonspor”la anlaşdı
Azərbaycan yığmasının həndbolçusu Sergey Georgevskinin növbəti mövsüm çıxış edəcəyi klub məlum olub. Apasport.az saytının məlumatına görə, idmançımız karyerasını ötən il transfer olunduğu “Trabzonspor”da davam etdirəcək.

Georgevski Qaradəniz təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Sergey 2010/2011 mövsümündə “Trabzonspor”da 3 ən yaxşı həndbolçudan biri olub.
0