Avropa çempionatının final mərhələsi canlı yayımlanacaq
20.09.2011 - 12:37
Avropa çempionatının final mərhələsi canlı yayımlanacaq
Sentyabrın 23-də start götürəcək qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, milli komandamızın da mübarizə aparacağı qitənin ən möhtəşəm yarış “İdman Azərbaycan” kanalı vasitəsilə nümayiş etdiriləcək.

İtaliya və Serbiyanın birgə ev sahibliyi edəcəyi çempionatda azarkeşlər Faiq Qarayevin yetirmələrinin oyunlarını birbaşa izləyəcəklər.

Qeyd edək ki, voleybolçularımız qrup mərhələsində Türkiyə, Xorvatiya və İtaliya mübarizə aparacaqlar.
0