“Azərbaycan yığmasına qalib gəlib, birinci olmaq istəyirik”
20.09.2011 - 14:23
“Azərbaycan yığmasına qalib gəlib, birinci olmaq istəyirik”
“Çətin olduğu qədər baxımlı oyunlar olacaq. Biz də əla hazırlaşmışıq və hədəflərimiz böyükdür”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Marko Aurelio Motta deyib.

Avro-2011-in final mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan “ay-ulduzlular” sentyabrın 21-də İtaliyaya yollanacaqlar. Braziliyalı mütəxəssis bu gün yerli KİV nümayəndələrinə açıqlamasında bildirib ki, qrup mərhələsində əsas rəqibləri İtaliya voleybolçuları olacaq: “Əsasən hücumu məntiqi sonluqla bitirmək üzərində çalışmışıq. Fikrimcə, qrupda İtaliya ilə oyun bizim yolumuzu hansı istiqamətdə davam edəcəyimizi bildirəcək. Çünki Türkiyə yığması olaraq, qrup mərhələsində Azərbaycan və Xorvatiyaya da qalib gəlib, birinci olmaq istəyirik. Yəni bütün gücümüzü səfərbər edib, ən yaxşı nəticəyə imza atacağıq”.

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı sentyabrın 23-də olacaq.
0