“Azərreyl”də debüt edə bilmədi, “Lokomotiv”ə keçir
20.09.2011 - 15:01
“Azərreyl”də debüt edə bilmədi, “Lokomotiv”ə keçir
“Lokomotiv” klubunun düşərgəsində baxışda olan 4 legionerin taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Draqutin Baltiç onlardan polşalı Melena Roznerin oyununu bəyənməyib.

Bu səbəbdən də voleybolçu vətəninə yola salınıb. Digər əcnəbilər - Yekaterina Jidkova (Kulik), Viktoriya Dedkova (hər ikisi Ukrayna) və Anna Popova (Rusiya) isə hələ də Bakıdadır. Onlar isə çox güman “Lokomotiv”in əvəzedici heyətində forma geyinəcəklər.

Bu arada isə “dəmiryolçular” baxışa yeni voleybolçu çağırıblar. Bu, 2009-cu ildə Adnan Kistakın baş məşqçiliyi zamanı “Azərreyl”ə transfer olunan, sonradan isə hamilə olduğu bilinən amerikalı Alişa Tomasdır. 30 yaşlı voleybolçu barəsində son qərarı isə sloveniyalı mütəxəssis verəcək.

Qeyd edək ki, “Lokomotiv” bu mövsüm “Çelenc cup”da çıxış edəcək.
0