Yığmamız İspaniyanı qələbə ilə tərk edir
21.09.2011 - 08:42
Yığmamız İspaniyanı qələbə ilə tərk edir
Avropa çempionatının final mərhələsində mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası İspaniyada 4-cü yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, ilk matçda qələbə qazanan Faiq Qarayevin yetirmələri bu dəfə də eyni uğuru təkrarlayıblar.

Komandamız Barselonada rəqibinə 3:0 hesabı ilə qalib gəliblər. Beləliklə, 4 oyundan sonra ümumi hesab da bərabərləşib – 2:2.

Qeyd edək ki, sentyabrın 12-dən İspaniyada təlim-məşq toplanışında olan yığmamız bu gün Barselonanı tərk edəcək. Voleybolçularımız buradan birbaşa yer aldıqları B qrupunun oyunlarının keçiriləcəyi İtaliyaya yollanacaqlar. Avro-2011-in final mərhələsinə sentyabrın 23-də start veriləcək.
0