Venesuela millisinin üzvü Azərbaycanda oynayacaq - FOTO
21.09.2011 - 12:29
Venesuela millisinin üzvü Azərbaycanda oynayacaq - FOTO
Bakının “Lokomotiv” voleybol klubu daha bir legionerin keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Venesuela millisinin üzvü Mariya Veronika Qomeslə anlaşıblar.

26 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. 187 sm boya malik venesuelalı əsasən Rusiya “Uraloçka”sındakı oyunu ilə tanınıb. O, həmçinin 2009/2010 mövsümündə Rumıniyanın “Metal Qalati” komandasının heyətində Çempionlar Liqasında çıxış edib.

Qeyd edək ki, “Lokomotiv” Qomesdən öncə argentinalı Qaido Lusia, belaruslu Olqa Palçevskaya və bolqarıstanlı Diana Nenovanı rənglərinə bağlamışdı. Ötən ilki heyətdən isə Yelena Parxomenko, Oksana Məmmədyarova, Mariya Filipova, Aleksandra Samoylova, Nansi Metkalf, Kremena Kamenova və Vera Klimoviçlə yeni müqavilə imzalanmışdı.
0