4-cü cəhd, qisas və yubiley oyunu - STATİSTİKA
22.09.2011 - 23:01
4-cü cəhd, qisas və yubiley oyunu - STATİSTİKA
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi start götürür. Apasport.az saytının məlumatına görə, qitənin 16 ən güclü yığmasının qatılacağı yarışda Azərbaycan milli komandası 4-cü dəfə iştirak edəcək və qrup mərhələsinin oyunlarına İtaliyanın Monza şəhərində çıxacaq.

Bundan əvvəlki 3 həlledici mərhələdə də Faiq Qarayevin rəhbərliyi altında çıxış edən voleybolçularımız 4-cü cəhddə mükafatçılar sırasına düşmək arzusundadır. Düzdür, son 2 yarışda 12-ci olan yığmamız debütdə - 2005-ci ildə bu arzusunu reallaşdırmağa yaxın olub. Lakin yarımfinalda və III yer uğrunda görüşdə uduzan voleybolçularımız 4-cü olmağı bacarmışdı. Bu, hələlik millimizin Avropada ən yaxşı nəticəsi hesab olunur.

Komandamız İtaliya və Serbiyanın ev sahibliyi etdiyi həlledici mərhələdən vətənə medalla qayıtması üçün ilk növbədə qrup mərhələsini uğurla başa vurmalıdır. Lakin statistikaya nəzər yetirsək, Türkiyə, İtaliya və Xorvatiya ilə B qrupunda yer alan Faiq Qarayevin yetirmələrini çətin görüşlər gözlədiyini proqnozlaşdırmaq olar.

Çünki final mərhələsində italiyalılarla 3 dəfə qarşılaşan yığmamız hər 3 matçda “quru hesabla” uduzub. Türkiyəli voleybolçularla həlledici mərhələdə yolumuz 2 dəfə kəsişib. Bu oyunlarda da rəqib bizdən üstündür - 3:0, 3:1. Yalnız Xorvatiya komandası Faiq Qarayevin yetirmələri üçün uğurlu rəqibdir. Onlar 2005-ci ildə ev sahibliyi etdiyi yarışda təmsilçilərimizə 0:3 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, indiyədək millimiz Avropa çempionatının final mərhələsində 19 matç keçirib. Bunlardan 7-də qələbə qazanan Faiq Qarayevin komandası 12-də məğlubiyyət acısı yaşayıb. Bu gün Türkiyə ilə görüş isə Azərbaycan voleybolçuları üçün həlledici mərhələdə yubiley – 20-ci oyun olacaq. Amma növbəti yubileyi isə 2 ildən sonra deyil, indi qeyd etmək üçün ən azı 1/4 finala kimi irəliləmək lazımdır.

2005, Xorvatiya

Qrup mərhələsi

Polşa – Azərbaycan - 3:0 (26:24 25:20 25:23)
Azərbaycan – Rumıniya – 3:1 (26:24 23:25 25:17 25:19)
Almaniya - Azərbaycan – 0:3 (24:26 14:25 21:25)
Azərbaycan – Serbiya və Çernoqoriya – 3:1 (18:25 25:19 25:20 28-26)
Xorvatiya - Azərbaycan – 0:3 (23:25 16:25 22:25)

OQMSTX
1. Polşa55015-4465-39110
2. AZƏRBAYCAN54112-5413-3719
3. Xorvatiya5238-10401-4097
4. Serbiya və Çernoqoriya5239-12456-4547
5. Rumıniya5147-13405-4696
6. Almaniya5146-13407-4346


Yarımfinal
İtaliya – Azərbaycan – 3:0 (25:19 25:19 25:22)

Üçüncü yer uğrunda
Rusiya - Azərbaycan – 3:0 (25:20 25:10 25:21)

Tutduğu yer - 4

2007, Lüksemburq, Belçika
Qrup mərhələsi

Azərbaycan – Belarus - 3:0 (25:15, 25:23, 25:13)
Almaniya - Azərbaycan – 3:0 (25:13, 25:22, 25:16)
İtaliya - Azərbaycan – 3:0 (25:23, 25:14, 25:16)

O
Q
M
S
T
X
1. İtaliya
3
3
0
9-1
249-193
6
2. Almaniya
3
2
1
6-4
236-202
5
3. AZƏRBAYCAN
3
1
2
3-6
179-201
4
4. Belarus
3
0
3
2-9
202-270
3


II qrup mərhələsi
Azərbaycan – Rusiya – 0:3 (23:25, 14:25, 17:25)
Azərbaycan – Fransa - 1:3 (14:25, 25:23, 17:25, 21:25)
Azərbaycan – Türkiyə - 0:3 (18:25, 19:25, 22:25)

O
Q
M
S
T
X
1. İtaliya
5
5
0
15-1
403-301
10
2. Rusiya
5
4
1
12-3
359-312
9
3. Almaniya
5
3
2
9-6
351-327
8
4. Fransa
5
3
2
7-10
351-384
7
5. Türkiyə
5
1
4
3-12
333-369
6
6. AZƏRBAYCAN
5
0
5
1-15
294-398
5


Tutduğu yer – 12

2009, Polşa
Azərbaycan – Serbiya – 0:3 (12:25, 21:25, 19:25)
Slovakiya - Azərbaycan – 2:3 (13:25, 25:19, 18:25, 25:22, 12:15)
Çexiya - Azərbaycan – 3:2 (21:25, 18:25, 25:23, 25:20, 15:13)

O
Q
M
S
T
X
1. Serbiya
3
3
0
9-0
225-160
6
2. AZƏRBAYCAN
3
1
2
5-8
264-272
5
3. Çexiya
3
1
2
5-8
269-282
5
4. Slovakiya
3
1
2
5-8
244-288
5


II qrup mərhələsi
İtaliya - Azərbaycan – 3:0 (29:27, 25:23, 25:13)
Azərbaycan - Türkiyə - 1:3 (23:25, 19:25, 25:17, 17:25)
Almaniya - Azərbaycan – 3:0 (25:17, 25:13, 25:12)

O
Q
M
S
T
X
1. İtaliya
5
5
0
15-0
379-290
10
2. Almaniya
5
4
1
12-7
431-359
9
3. Türkiyə
5
3
2
12-7
419-408
8
4. Serbiya
5
2
3
9-9
379-397
7
5. Çexiya
5
1
4
3-14
333-409
6
6. AZƏRBAYCAN
5
0
5
3-15
347-425
5


Tutduğu yer – 12-ci yer.
0