İlk “qurban”ımız kim olacaq? - TƏQVİM
22.09.2011 - 17:06
İlk “qurban”ımız kim olacaq? - TƏQVİM
Sabah İtaliya və Serbiyada qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 16 komandanın mübarizə aparacağı həlledici mərhələdə Azərbaycan yığması da qüvvəsini sınayacaq.

Faiq Qarayevin yetirmələri B qrupunda Türkiyə, İtaliya və Xorvatiya voleybolçuları ilə mübarizə aparacaqlar. Komandamız ilk görüşünə sentyabrın 23-də çıxacaq. Həmin gün rəqibimiz Türkiyə millisi olacaq.

Bu duelin çətin olacağını əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki reqlamentə görə, ilk 3 yığmanın növbəti mərhələyə yüksəlmək şansı olsa da, bütün komandalar qrup mərhələsində birinci yerə can atacaqlar. Voleybolçularımız da bunun üçün ilk görüşə qələbə ilə başlamaq arzusundadırlar.

Düzdür, türkiyəlilər oyundan öncə iddialı açıqlama verirlər. Lakin onlar yaddan çıxarmalı deyillər ki, “ay-ulduzlular”ın komanda kimi formalaşmasında baş məşqçimiz Faiq Qarayev rolu danılmazdır. Məhz bu səbəbdən də təcrübəli mütəxəssis türkləri məğlub etməyin yolunu yaxşı bilir. Bundan əlavə, ilk qələbə növbəti oyunlar üçün psixoloji cəhətdən də millinin xeyrinə olacaq.


A qrupu
BELQRAD
B
MONZA
C
ZRENJANİN
D
BUSTO ARSİZİO
Almaniya
Türkiyə
İsrail
Hollandiya
Fransa
Azərbaycan
Rumuniya
Bolqarıstan
Ukrayna
İtaliya
Çexiya
İspaniya
Serbiya
Xorvatiya
Polşa
Rusiya









23 sentyabr

B qrupu
20:30. Türkiyə - Azərbaycan
23:30. İtaliya - Xorvatiya

D qrupu
20:30. Hollandiya – İspaniya
23:30. Rusiya - Bolqarıstan

24 sentyabr

A qrupu
20:00. Almaniya - Ukrayna
23:00. Serbiya – Fransa

B qrupu
20:30. Türkiyə - Xorvatiya
23:30. İtaliya – Azərbaycan

C qrupu
19:00. Polşa – İsrail
22:00. Çexiya – Rumıniya

D qrupu
20:30. Hollandiya – Bolqarıstan
23:30. Rusiya – İspaniya

25 sentyabr

A qrupu
20:00. Almaniya - Fransa
23:00. Serbiya – Ukrayna

B qrupu
20:30. Azərbaycan - Xorvatiya
23:30. İtaliya – Türkiyə

C qrupu
19:00. İsrail - Rumıniya
22:00. Polşa – Çexiya

D qrupu
20:30. Rusiya – Hollandiya
23:30. Bolqarıstan - İspaniya

26 sentyabr

A qrupu
20:00. Fransa – Ukrayna
23:00. Serbiya - Almaniya

C qrupu
19:00. Çexiya – İsrail
22:00. Polşa – Rumıniya

Qeyd edək ki, çempionat İtaliyanın Monza və Busto Arsizio, Serbiyanın Belqrad və Zrenjanin şəhərlərində baş tutacaq. Reqlamentə əsasən, qrup mərhələsində birinci yeri tutan komandalar birbaşa 1/4 finala vəsiqə qazanacaqlar. İkinci və üçüncü pillələrdə qərarlaşacaq yığmalar isə pley-off mərhələsində mübarizəni davam etdirəcəklər (2C-3A; 2A-3C; 2D-3B; 2B-3D). Bu oyunlar Belqrad və Monza şəhərlərində keçiriləcək.

1 /4 final mərhələsində isə komandalar aşağıdakı kimi qarşılaşacaqlar:

Belqrad. A qrupunun qalibi – 2C/3A cütlüyünün qalibi ilə.
Belqrad. C qrupunun qalibi – 2A/3C cütlüyünün qalibi ilə.
Monza. B qrupunun qalibi – 2D/3B cütlüyünün qalibi ilə.
Monza. D qrupunun qalibi – 2B/3D cütlüyünün qalibi ilə.

Qalib gələn komandalar 1/2 finala vəsiqə qazanacaq, məğlub olmuş yığmalar isə xal hesabına görə 9, 10, 11 və 12-ci yerlərdə Avropa çempionatının yekunlaşdıracaqlar. Avropa Çempionatının final matçı oktyabrın 2-də Belqradda baş tutacaq.
0