Massimo Barbolini: Çox çətin bir yola çıxmışıq
23.09.2011 - 09:32
Massimo Barbolini: Çox çətin bir yola çıxmışıq
“Titulu qorumaq həmişə çətindir. Avropa səviyyəli yarışlarda oyunun sürəti çox yüksək olur. Onu da nəzərə almaq lazımdır ki, ötən Dünya Kubokunda 8 ən yaxşı komandadan 5-i Avropanı təmsil edirdi”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət İtaliya yığmasının baş məşqçisi Massimo Barbolini deyib.

Avro-2011-in final mərhələsində millimizlə B qrupunda yer alan Apennin təmsilçisinin çalışdırıcısı qarşıdakı oyunlara münasibət bildirib. Onun fikrincə, son Avropa çempionatının qalibi olan komandasının düşərgəsində əla əhval-ruhiyyə hökm sürür: “Oyunçularımız məsuliyyəti dərk edir. Bir müddət öncə müəyyən problemlərimiz var idi. Amma indi hər şey düzəlib. Çox çətin bir yola çıxmışıq və yaxşı başa düşürük ki, oyundan-oyuna rəqiblərimiz güclənəcək”.
0