Neslihan: Azərbaycana qarşı oynamaq istəyirəm
23.09.2011 - 14:20
Neslihan: Azərbaycana qarşı oynamaq istəyirəm
“3 həftə zərbə belə vurmadım. Amma indi hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm.” Apasport.az saytının məlumatına görə, bunu Türkiyə milli komandasının voleybolçusu Neslihan Darnel deyib.

Təcrübəli idmançı bu gün Avro-2011-in final mərhələsində Azərbaycana qarşı forma geyinmək arzusundadır. Zədədən yeni qayıdan Neslihan braziliyalı baş məşqçiləri Mottadan şans gözləyir: “Komandadakı yerimi qaytarmaq üçün çox darıxmışam”.

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı saat 20:30-da başlayacaq.
0