“Azərbaycanın hücum sistemini pozmağa çalışacağıq”
23.09.2011 - 14:36
“Azərbaycanın hücum sistemini pozmağa çalışacağıq”
“İlk görüşdə qələbə qazanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə milli komandasının voleybolçusu Asuman Karakoyun deyib.

O bu gün Avro-2011-in final mərhələsi çərçivəsində İtaliyanın Monza şəhərində keçiriləcək Türkiyə - Azərbaycan matçına münasibət bildirib: “Azərbaycanın hücum sistemini pozmağa çalışacağıq. Komanda olaraq onlara qarşı əla oynamaq məcburiyyətindəyik”.
0