Türkiyə - Azərbaycan matçının hakimləri açıqlandı
23.09.2011 - 16:33
Türkiyə - Azərbaycan matçının hakimləri açıqlandı
Bu gün İtaliya və Serbiyada start götürəcək qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin ilk matçlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan və Monza şəhərində baş tutacaq Türkiyə - Azərbaycan qarşılaşması polşalı Pyotr Dudekə həvalə edilib. Ona köməkliyi isə çexiyalı Karin Zaharçova edəcək.

Qeyd edək ki, “Palayper” İdman Sarayında keçiriləcək oyun saat 20:30-da başlayacaq.
0