Türkiyə - Azərbaycan - 1:3
23.09.2011 - 23:00
Türkiyə - Azərbaycan - 1:3
Avropa çempionatının final mərhələsinin ilk matçında Türkiyə - Azərbaycan görüşünün ən yaxşılarının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1:3 hesabı ilə uduzduğumuz görüşdə millimizin lideri Natalya Məmmədova bombardir adını qazanıb.

Rəqibdən 24 xal alan “Rabitə”nin hücumçusunun ən yaxın izləyicisi digər təmsilçimiz – Polina Rəhimova olub. O 23 dəqiq zərbəyə sevinib.

Topu oyuna daxil etməklə ən çox xal alanlara da Faiq Qarayevin yetirmələri başçılıq edib. Polina Rəhimova bu dəfə birinci olub – 3 xal.

Top qəbulunda isə millimizin liberosu Valeriya Korotenko hamını qabaqlayıb. O üstünə gələn toplardan 41 faizini düzgün qəbul edib.

Türklər yalnız bizi blokda geri qoyublar. Rəqibin heyətində Bahar Toksoy 6 dəfə komandamızın hücumunun qarşısını ala bilib.

Beləliklə, 3 mövqedə Azərbaycan, 1-ində isə türklər daha yaxşı təsir bağışlayıblar. Buna baxmayaraq, rəqibimiz komanda oyunu sayəsində qələbə qazanıb.

Qeyd edək ki, Məmmədova həmçinin, görüşün qəhrəmanı seçilib.
0