“Oyuna pis başlasaq da, özümüzə gələ bildik”
23.09.2011 - 23:12
“Oyuna pis başlasaq da, özümüzə gələ bildik”
“Hər 2 komandanı – həm Azərbaycanı, həm də öz millimizi təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə milli komandasının voleybolçusu Gözde Sonsırma deyib.

“Ay-ulduzluların” gənc üzvü Avropa çempionatının finalında ilk matçda Azərbaycan qalib gəlmələrini (3:1) səhvsiz oyunları ilə əlaqələndirib: “İlk setləri qazanmaq hər zaman əhəmiyyətlidir. Pis başladığımız hissədə səhvlərimizi düzəltməyi bacardıq. Daha sonrakı setlərdə isə özümüzə gəldik. Komanda oyunu nümayiş etdirdik və yarışa qələbə ilə başladıq”.

“Oyunun startında bir qədər həyəcanlı idim”. Bu sözlər isə Türkiyə millisinin digər voleybolçusu Polen Uslupehlivana məxsusdur.

Avropa çempionatın final mərhələsinin ilk matçında - Azərbaycan qarşılaşmada Neslihan Darneli əvəzləyən Uslupehlivan bildirib ki, xal qazandıqca daha da ruhlanıb: “Liderin yerinə oynadım. Bu mənim üçün heç də asan deyildi. Lakin top “öldürdükcə” daha da yaxşı oynadım. Bir sözlə, yarışa əla başladıq. Sabah daha yaxşı olacağını düşünürəm”.

Qeyd edək ki, türklər voleybolçularımıza 3:1 hesabı ilə qalib gəliblər.
0