“Azərbaycan voleybolçuları oyunun gedişində tədricən yaxşı oynayırdı”
24.09.2011 - 09:22
“Azərbaycan voleybolçuları oyunun gedişində tədricən yaxşı oynayırdı”
“İlk oyun həmişə çətin olur. Üstəlik bizim mütləq növbəti mərhələyə çıxmağımız lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Türkiyə milli komandasının baş məşqçisi Marko Aureilo Motta deyib.

Braziliyalı mütəxəssis Avropa çempionatının final mərhələsinin ilk matçında Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib. Mottanın sözlərinə görə, qalib gəldikləri rəqib heç də pis təsir bağışlamayıb: “Azərbaycan voleybolçuları oyunun gedişində tədricən yaxşı oynayırdı. Nəticədə biz ilk setdə müdafiədə bəzi problemlər yaşadıq. Ancaq bizim komandaya oyuna konsentrasiyanı saxlamaq lazım idi və bunu bacararaq qələbə qazandıq”.
0