Faiq Qarayev Türkiyə yığmasına məğlubiyyətin səbəblərini açıqladı
24.09.2011 - 09:38
Faiq Qarayev Türkiyə yığmasına məğlubiyyətin səbəblərini açıqladı
“Bu yaxşı oyun oldu. Biz Avropa çempionatının final mərhələsinin Türkiyə ilə ilk oyununda yaxşı təsir bağışladıq”. Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev deyib.

Təcrübəli mütəxəssis Türkiyə millisi ilə görüşdə məğlubiyyətin (1:3) səbəblərindən danışıb. Onun fikrincə, yetirmələri bu oyunda kifayət qədər səhvə yol veriblər: “Biz matçda həddən artıq çox səhvlərə yol verdik. Bu qalib gəldiyimiz ilk setdən sonra oldu. Sonda oyunu uduzmağımızın səbəbi məhz bu oldu”.
0