Millimiz üçün Karin Zaharçova
24.09.2011 - 14:29
Millimiz üçün Karin Zaharçova
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin ikinci oyun günündə qarşılaşmaları idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, B qrupunda mübarizə aparan Azərbaycan milli komandasının İtaliya ilə matçında ədaləti Karin Zaharçova (Çexiya) qoruyacaq. İkinci referi isə şotlandiyalı Bryan Makdouqall olacaq.

Qeyd edək ki, Türkiyə voleybolçularına 1:3 hesabı ilə uduzduğumuz ilk oyunda Zaharçova köməkçi hakim funksiyasını yerinə yetirmişdi.
0