Massimo Barbolini: Azərbaycan millisinin özünəməxsus oyun üslubu var
25.09.2011 - 09:37
Massimo Barbolini: Azərbaycan millisinin özünəməxsus oyun üslubu var
“Biz yaxşı oynadıq. Bəzi səhvlərimiz olsa da, vacib olan qələbəni qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət İtaliya millisinin baş məşqçisi Massimo Barbolini deyib.

O Avropa çempionatının final mərhələsində Azərbaycana qalib gəldikləri (3:1) oyundan sonra mətbuat konfransında voleybolçularımızı tərifləyib: “Bizim hücumda bir neçə səhvimiz oldu. Amma Azərbaycan bu mövqedə və topu oyuna daxil etməkdə yaxşı oynayırdı. Onların özünəməxsus oyun üslubları var. Düzdür, oyunda son set istisna olmaqla, rəqib bizi hesabda daha çox xal fərqi ilə irəli keçməyə qoymurdu. Lakin əsas olan 3 xalı qazandıq və bizi qarşıda Türkiyə ilə oyun gözləyir”.
0