Eleonora Lo Byanko: Biz əla oynadıq
25.09.2011 - 09:50
Eleonora Lo Byanko: Biz əla oynadıq
“Gərgin mübarizə getsə də, biz əla oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya milli komandasının voleybolçusu Eleonora Lo Byanko deyib.

Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasına 3:1 hesabı ilə qalib gələn italiyalıların kapitanı bildirib ki, rəqibə müdafiədə buraxdıqları səhvlər nəticəsində qalib gəliblər: “Azərbaycan yığmasının müdafiə xəttinə çox çətinliklər yaşatdıq. Xüsusilə də dördüncü hissədə. Biz isə blokda və müdafiədə daha yaxşı təsir bağışladıq. İkinci setdə isə əsil əzmkarlıq göstərdik. Məğlub olduğumuz hissənin sonlarında qələbə qazandıq”.

Qeyd edək ki, ikinci setdə Azərbaycan voleybolçuları 22:16 hesabı ilə öndə olsalar da, sonda 22:25 hesabı ilə uduzub.
0