Azərbaycan yığması pley-offda! - YENİLƏNİB
26.09.2011 - 00:47
Azərbaycan yığması pley-offda! - YENİLƏNİB
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk 2 oyunda məğlubiyyət acısı yaşayan Faiq Qarayevin yetirmələri Xorvatiya yığması ilə görüşdə bunu unutdurublar.

Komandamız növbəti mərhələyə yüksəlmək üçün mütləq 3:0 və ya 3:1 hesabı ilə qələbə qazanmalı idi ki, bunu da bacarıb.

Belə ki, ilk setdə rəqibini çətinliklə məğlub edən millimiz ikinci hissədə üstünlüyü əldə versə də, ruhdan düşməyib. Onlar ardıcıl 2 setdə gözəl oyun nümayiş etdirərək, 3:1 hesabı ilə layiqli qələbə qazanıblar. Bununla da yığmamız pley-offa yüksəlib.

Lakin voleybolçularımızın qrupda tutacağı yer İtaliya – Türkiyə matçından sonra bəlli olub. Çünki xorvatların təmsilçilərimizə məğlubiyyətindən sonra “ay-ulduzlular”ın mərhələ adlaması öz əllərində olub. Əgər onlar 0:3 və ya 1:3 hesabı ilə uduzardılarsa, yarışı vaxtından əvvəl dayandıracaqdılar.

Türklər isə mərhələ keçmək üçün 1 xal lazım olduğu halda, aktivlərinə 2 xal əlavə ediblər. Nəticədə onlar pley-offa vəsiqəni qrup ikincisi, voleybolçularımız isə üçüncü yerin sahibi kimi qazanıb.

Qeyd edək ki, İtaliya millisi qrupda birinci olduğundan birbaşa 1/4 finala yüksəlib.

B qrupu
20:30. Azərbaycan - Xorvatiya - 3:1 (27:25, 18:25, 25:21, 25:18)

23:30. İtaliya – Türkiyə - 2:3 (25:21, 26:28, 16:25, 25:22, 9:15)

O Q M S X
1. İtaliya 3 2 1 8-4 7
2. Türkiyə 3 2 1 6-6 5
3. AZƏRBAYCAN 3 1 2 5-7 3
4. Xorvatiya 3 1 2 4-6 3
0