İtaliya ilə oyunun qəhrəmanı Polina Rəhimovadır
25.09.2011 - 11:37
İtaliya ilə oyunun qəhrəmanı Polina Rəhimovadır
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin II turunda İtaliya – Azərbaycan oyununun ən güclülərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvü Polina Rəhimova 2 nominasiya hamıdan güclü olub.

Matçın qəhrəmanı adına yiyələnən həmyerlimiz bombardirlik yarışında da rəqiblərini geridə qoymağı bacarıb. 1:3 hesabı ilə uduzduğumuz matçda Rəhimova italiyalılardan 23 xal almağı bacarıb.

Ən yaxşı topu oyuna daxil etməkdə isə digər voleybolçumuz Odina Əliyeva birinci olub. Onun 3 servisi komandamıza birbaşa xal qazandırıb.

Top qəbul etməkdə də Azərbaycan millisinin voleybolçusu güclü olub. Valeriya Korotenko Türkiyə ilə oyunda olduğu kimi bu dəfə də rəqiblərini qabaqlayıb (48 faiz üstünlüklə).

Blokda isə rəqib Simona Gioli daha inamlı təsir bağışlayıb. O Azərbaycan voleybolçularının 4 hücumunun qarşısını müvəffəqiyyətlə alıb.
0