Natalya Məmmədova ən güclü oldu, yığmamız mərhələ adladı
25.09.2011 - 23:00
Natalya Məmmədova ən güclü oldu, yığmamız mərhələ adladı
Qadın voleybolçular arasında Avropa çempionatın final mərhələsində Azərbaycan – Xorvatiya matçının ən yaxşılarının adları məlum olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın 3:1 hesabı ilə qələbə qazandığı görüşün qəhrəmanı voleybolçumuz Natalya Məmmədova olub.

O bombardilik mübarizəsində də birinci olub. “Rabitə”nin şərəfini qoruyan Məmmədovanın xorvatlarla qarşılaşmada 27 zərbəsi millimizə xal qazandırıb.

Türkiyə və İtaliya ilə oyundan fərqli, bu dəfə ən yaxşılar arasında yalnız bir təmsilçimiz yer alıb.

Digər nominasiyalarda xorvatlardan ötən mövsüm Bakının “İqtisadçı” klubunda çıxış edən İvana Milos (topu oyuna ən yaxşı daxil edən) bütün rəqiblərini arxada qoyub. Onunla yanaşı, Mira Topiç (ən yaxşı top qəbuledici) və Maya Polyak (ən yaxşı blok qoyan) da fərqləniblər.

Qeyd edək ki, Xorvatiya üzərində qazanılan qələbə komandamızı pley-offa yüksəldib.
0