Milli komandamızın rəqibi bilindi
26.09.2011 - 00:00
Milli komandamızın rəqibi bilindi
Avropa çempionatının final mərhələsində mübarizə aparan Azərbaycan milli komandasının rəqibinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, B qrupunda 3-cü yeri tutan Faiq Qarayevin yetirmələri pley-offda D qrupunun ikincisi Hollandiya ilə qarşılaşacaqlar.

“Narıncılar” ilk 3 matçda Rusiyaya uduzduqları halda, İspaniya və Bolqarıstana qalib gəliblər.

Qeyd edək ki, pley-off mərhələsi sentyabrın 27-də baş tutacaq.
0