“Psixoloji cəhətdən problem məğlubiyyətimizə səbəb oldu”
26.09.2011 - 00:18
“Psixoloji cəhətdən problem məğlubiyyətimizə səbəb oldu”
“Biz ilk setdə məğlub olma idik, hesab başqa cür olacaqdı”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya milli komandasının voleybolçusu Maya Polyak deyib.

Yığmasının kapitanı Avropa çempionatının final mərhələsində Azərbaycanla oyunda məğlubiyyətlərini psixoloji amillə bağlayıb: “Birinci setdə məğlubiyyət bizi növbəti hissədə başqa taktika ilə oynamağa məcbur etdi. Lakin bu hissədə qələbə qazansaq da, sonradan psixoloji cəhətdən problem yarandı. Bu da lazımı hazırlıq keçməməyimizlə bağlıdır”.

Qeyd edək ki, xorvatlar 3:1 hesabı ilə qalib gələn voleybolçularımız pley-offa yüksəliblər.
0