Rəqibimiz qələbə qazandı
26.09.2011 - 10:47
Rəqibimiz qələbə qazandı
Çempionlar Liqasının qrup mərhələsində “Azərreyl” voleybol klubunun rəqibi olan “Vakıfbank Türk Telekom” növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “Beşiktaş” və “Yeşilyurt”a uduzan Türkiyə komandası bu dəfə qələbəyə sevinib.

Yerli “Çerkezköy”lə qarşılaşan “Vakıfbank Türk Telekom” 3:0 hesabı ilə rəqibini məğlub edib.

Qeyd edək ki, “Azərreyl”in rəqibi Avropa çempionatının final mərhələsinin oyunları səbəbindən hazırlığı baş məşqçisiz və əsas voleybolçularsız davam etdirir.
0