Azərbaycan yığması Ermənistana rəqib oldu
26.09.2011 - 11:38
Azərbaycan yığması Ermənistana rəqib oldu
Basketbol üzrə gənclərdən ibarət Azərbaycan milli komandası oktyabrın 3-də Gürcüstana yollanacaq. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd bu ölkədə keçiriləcək beynəlxalq turnirə qatılmaqdır.

Baş məşqçi Ruslan Qafarovun rəhbərlik edəcəyi komandanın rəqibləri Ermənistan, Türkiyə və Gürcüstan yığmaları olacaq.

Qeyd edək ki, turnir oktyabrın 5-də start götürəcək və 3 gün davam edəcək.
0