Avital Selincer: Azərbaycanla oyuna nikbin baxıram
26.09.2011 - 14:06
Avital Selincer: Azərbaycanla oyuna nikbin baxıram
“Azərbaycanla oyuna nikbin baxıram. Çünki biz hələ çıxışımızı davam etdirmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Hollandiya milli komandasının baş məşqçisi Avital Selincer deyib.

O, Avropa çempionatının final mərhələsinin pley-off matçında qarşılaşacaqları Azərbaycan yığması ilə görüşə münasibət bildirib. Selincerin sözlərinə görə, oyunda yalnız qələbə qazanmağa çalışacaqlar: “Çətin oyun olacaq. Amma biz yaxşı çıxış edərək, 1/4 finala yüksəlməyi planlaşdırırıq”.

Qeyd edək ki, Hollandiya – Azərbaycan cütünün qalibini 1/4 finalda İtaliya voleybolçuları gözləyir.
0