Hollandiya – Azərbaycan matçının vaxtı dəqiqləşdi
26.09.2011 - 15:25
Hollandiya – Azərbaycan matçının vaxtı dəqiqləşdi
Qadın voleybolçular arasında Avropa çempionatının finalında Azərbaycan milli komandasının Hollandiya yığması ilə pley-off oyununun başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Monza şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Qeyd edək ki, Hollandiya – Azərbaycan dueli sentyabrın 27-də olacaq. Cütün qalibini 1/4 finalda İtaliya yığması gözləyir.
0