Vladimir Kuzyutkin: Azərbaycan yığması sanballı komandadır
26.09.2011 - 16:18
Vladimir Kuzyutkin: Azərbaycan yığması sanballı komandadır
Qadın voleybolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Vladimir Kuzyutkin Azərbaycan yığmasının oyununu təhlil edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis çıxış etdikləri Avro-2011-in final mərhələsində potensial rəqibi olan millimiz barədə yüksək fikirdədir.

Kuzyutkin Faiq Qarayevin yetirmələrinin yer aldıqları B qrupundakı oyunları diqqət mərkəzində saxlayıb. Çünki komandamızın yer aldığı qrup şimal qonşularımızın mübarizə apardığı D qrupunun yolları pley-offda və 1/4 finalda kəsişir.

Küzyutkinin sözlərinə görə, yığmamızla görüşməyi elə də arzulamır: “Daha çox Xorvatiya ilə qarşılaşmaq istərdim. Azərbaycan və Türkiyə yığmaları çox sanballı səviyyədə komandalardır. Bizim bu qrupda müşahidəçimiz olub. Oradakı bütün oyunlar yazılıb, statistika toplanıb, bütün matçlar təhlil olunub”.

Qeyd edək ki, Rusiya qrup qalibi kimi 1/4 finala çıxıb. Azərbaycan milli komandası şimal qonşularımızla finalda qarşılaşa bilər. Yığmamızın kapitanı Oksana Parxomenko isə Moskva “Dinamo”sunda Vladimir Kuzyutkinin rəhbərliyi altında çıxış edib.
0