4-ü getdi, 12-si qaldı - TƏQVİM
27.09.2011 - 11:58
4-ü getdi, 12-si qaldı - TƏQVİM
Serbiya və İtaliyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatında mərhələ adlayan 12 komandanın adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bunlar Almaniya, İtaliya, Polşa, Rusiya, Azərbaycan, Türkiyə, Hollandiya, İspaniya, Serbiya, Rumıniya, Fransa və Çexiya mililəridir.

Reqlamentə əsasən, ilk 4 yığma birbaşa 1/4 final mərhələsinə vəsiqə qazanıb. Digər 8 komanda isə pley-offda mübarizə aparacaq.

Pley-off mərhələsi

27 sentyabr
20:30. Türkiyə - İspaniya
23:30. Hollandiya – Azərbaycan


28 sentyabr
20:00. Çexiya – Fransa
23:00. Serbiya – Rumıniya


1/4 final mərhələsi

28 sentyabr
20:30. Rusiya - Türkiyə - İspaniya cütünün qalibi
23:30. İtaliya - Hollandiya – Azərbaycan cütünün qalibi


29 sentyabr
03:00. Almaniya - Çexiya – Fransa cütünün qalibi
03:00. Polşa - Serbiya – Rumıniya cütünün qalibi


Qeyd edək ki, qrup sonuncuları Xorvatiya, Bolqarıstan, Ukrayna və İsrail mübarizəni dayandırıblar və müvafiq olaraq, 13-16-cı yerləri tutublar. Yarışa oktyabrın 2-də yekin vurulacaq.
0