“Fənərbaxça”da maliyyə problemi
27.09.2011 - 13:32
“Fənərbaxça”da maliyyə problemi
Azərbaycan çempionu “Rabitə” voleybol klubunun Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Fənərbaxça” çətin vəziyyətlə üzləşib. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, rəsmi sponsorları “Acibədəm” ilə yollarını ayıran “sarı-lacivərdlilər”də maliyyə problemləri hökm sürür.

Belə ki, növbəti mövsüm üçün super transferlər edən “Fənərbaxça”nın voleybolçuları 2 aydır maaşlarını ala bilmirlər. Bu çətinliyin nə vaxta kimi davam edəcəyi isə açıqlanmır.

Qeyd edək ki, İstanbul klubunun sponsor kimi “Universal Xəstəxanalar Qrupu” ilə anlaşdığı bildirilsə də, bu, hələ rəsmi açıqlanmayıb.
0