Yığmamızdan Avropa çempionatında ilk rekord - STATİSTİKA
27.09.2011 - 14:41
Yığmamızdan Avropa çempionatında ilk rekord - STATİSTİKA
Serbiyada və İtaliyada keçirilən Avropa çempionatının final mərhələsinin qrup matçlarında rekordçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk 3 oyunda ən çox xal toplayan komanda adına Rusiya yığması layiq görülüb.

D qrupunda 1-ci yeri tutaraq, birbaşa 1/4 finala yüksələn şimal qonşularımız Hollandiya, İspaniya və Bolqarıstanla görüşlərdə 277 xal qazanıblar. Bu göstəricidə qrupda 3-cü olan yığmamız, 16 komanda arasında 4-cü yeri tutub. Bu göstəricidə ən zəif olan İsrail voleybolçuları 144 xalla kifayətləniblər.

Ən çox xal güzəştə gedən Azərbaycan millisi olub. Onlar 3 qarşılaşmada 262 xal qazandıqları halda, 283 dəfə rəqibin sevinməsinə məyus olublar. Ən yaxşı müdafiə isə Polşa idmançılarına aiddir. Onlar rəqiblərinə vur-tut 174 xal veriblər.

Voleybolçularımız ümumilikdə 545 xal uğrunda mübarizə aparıblar ki, bu da yarışın rekorddur. İsrail bu nominasiyada antirekordçudur - 369.

Set fərqində isə C qrupunun qalibi Polşa hamını qabaqlayıb. Onlar keçirdikləri görüşlərin hər 3-də “quru hesabla” qələbə qazanıblar və rəqibə heç 1 hissə də güzəştə getməyiblər. Burada antirekord Ukrayna, İsrail və Bolqarıstan voleybolçularına məxsusdur. Bu ölkələrin voleybolçuları isə 1 set belə qələbə sevinci yaşamayıblar.

Ən məhsulda set Rusiya – İspaniya, ən məhsuldar matç İtaliya – Türkiyə görüşündə qeydə alınıb. Belə ki, birinci oyunda hissənin qalibi 62 topun yekununda, ikinci qarşılaşmada isə görüşün güclüsü 212 xalın yekununda müəyyənləşib.

Bu göstəricidə ən aşağı göstərici Çexiya – İsrail oyununda qeydə alınıb. Rəqiblərin duelində qazanılan 36 top I hissənin taleyini həll etdiyi halda, matçın qalibi cəmi 120 xala dəqiqləşib.
0