Yığmamızın oyununda italiyalı “casus”
27.09.2011 - 23:12
Yığmamızın oyununda italiyalı “casus”
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin pley-off görüşündə Azərbaycan milli komandasının görüşünü “casus” izləyir. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinin Hollandiya ilə oyununda İtaliya yığmasının baş məşqçisi Massimo Barbolini tamaşaçılar arasında yer alıb.

Qrup mərhələsində həmyerlilərimizə 3:1 hesabı ilə qalib gələn Apennin təmsilçisinin çalışdırıcısı 1/4 finalda bu cütün qalibini gözlədiyiklərindən bir daha hər 2 komandanın oyununa canlı baxmağı vacib sayıb.

Qeyd edək ki, Hollandiya – Azərbaycan matçının qalibi sentyabrın 28-də İtaliya ilə oynayacaq.
0