Avital Selincer: Azərbaycan yığması yalnız ilk 2 setdə oynadı
28.09.2011 - 11:26
Avital Selincer: Azərbaycan yığması yalnız ilk 2 setdə oynadı
“Azərbaycan millisi ilə oyun bizim üçün çətin oldu”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Hollandiya milli komandasının baş məşqçisi Avital Selincer deyib.

O, Avropa çempionatının final mərhələsinin pley-off matçında 3:1 hesabı ilə qalib gələrək mübarizədən kənarlaşdırdığı Azərbaycan milli komandası barədə yalnız xoş sözlər deyib: “Rəqib yalnız ilk 2 setdə öz gücünü göstərdi və bizə öz oyunumuzu təşkil etmək çox çətin oldu. Qalib gəlmək üçün isə müəyyən vaxta ehtiyacımız var idi. Nəticədə zaman yetişdi və biz mərhələ adladıq. Azərbaycan komandası xüsusilə top qəbulunda və blokda yaxşı təsir bağışlayırdılar”.
0