Oksana Parxomenko: Hollandlar blokda çox güclü oynadılar
28.09.2011 - 11:38
Oksana Parxomenko: Hollandlar blokda çox güclü oynadılar
“Hollandlarla oyunun nəticəsi məni çox məyus etdi”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Oksana Parxomenko deyib.

O, Avropa çempionatının final mərhələsinin pley-off matçında Hollandiyaya 1:3 hesablı məğlubiyyətə münasibət bildirib: “Rəqib xüsusilə blokda çox güclü oynadı. Biz görüşə yaxşı başladıq, lakin sonradan rəqibin oyun yaxşılığa doğru dəyişdi”.
0