Manon Flier: Bizə qələbə daha vacib idi
28.09.2011 - 11:45
Manon Flier: Bizə qələbə daha vacib idi
“İlk 2 setdə biz müəyyən çətinliklərlə üzləşdik. Bundan sonra isə öz oyunumuzu tapdıq və sonrakı setlərdə vəziyyət tam fərqli oldu”. Apasport.az saytının məlumatına görə, bu sözlər Hollandiya milli komandasının voleybolçusu Manon Flierə məxsusdur.

İtaliya və Serbiyada təşkil olunan Avropa çempionatının final mərhələsi Azərbaycan milli komandası üçün vaxtından əvvəl başa çatdı. Halbuki, Hollandiya ilə pley-off matçında Faiq Qarayevin yetirmələri oyuna fəal başlamışdılar.

Lakin sonda rəqibin təşəbbüsə yiyələnməsi məğlubiyyətimizə səbəb oldu – 1:3. Hollandların kapitanı Flierin sözlərinə görə, bu matçda qələbə onlar üçün daha vacib olub: “Bizə qələbə daha vacib idi. Çünki 1/4 finalda qarşılaşacağımız İtaliya ilə 2 il əvvəl finalda qarşılaşmışıq və uduzmuşduq. Lakin indi bizim üçün hər bir oyun son matç kimidir”.
0