Türkiyə yığması dünya çempionunu məğlub etdi
28.09.2011 - 21:40
Türkiyə yığması dünya çempionunu məğlub etdi
Serbiya və İtaliyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, yarışda bu gün pley-off və 1/4 final mərhələsinin görüşləri keçirilib.

Avropa çempionatının ev sahiblərindən olan Serbiya 1/4 finala vəsiqə uğrunda Rumıniya voleybolçuları ilə qarşılaşıb. Oyunda üstün tərəf olan serblər 3:0 hesabı ilə qələbə qazanıblar. Onlar növbəti mərhələdə hələ 1 set belə uduzmayan Polşa ilə qarşılaşacaqlar.

İlk 1/4 final mərhələsinin oyunu isə sensasiya ilə yekunlaşıb. Belə ki, Türkiyə milli komandası son dünya çempionu Rusiya yığmasına asanlıqla qalib gəlib. İlk setdə şimal qonşularımız ciddi müqavimət göstərsələr də, son 2 hissədə elə də çətinlik çəkmədən qalib gələn türklər yarımfinal yüksələn ilk komanda olub. Onlar bu mərhələdə Polşa – Serbiya cütünün qalibi ilə oynayacaqlar.

Axşam saatlarında isə Çexiya – Fransa (pley-off görüşü) və İtaliya – Hollandiya (1/4 final matçı) qarşılaşmaları baş tutacaq.

Pley-off mərhələsi

Serbiya – Rumıniya – 3:0 (25:19, 25:15, 25:20)

1/4 final

Rusiya - Türkiyə - 0:3 (25:27, 21:25, 19:25)

Qeyd edək ki, Türkiyə voleybolçuları final mərhələsinin qrup oyunlarında Azərbaycan milli komandasının rəqibi olub və 3:1 hesabı ilə qələbə qazanıb.
0