Hollandiya millisi də Avropaya “əlvida” dedi
29.09.2011 - 08:51
Hollandiya millisi də Avropaya “əlvida” dedi
Serbiya və İtaliyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatında daha 2 matç baş tutub. Apasport.az saytının məlumatına görə, öncə Çexiya və Fransa milli komandaları pley-off mərhələsində üz-üzə gəliblər.

Qarşılaşmada daha güclü olan çexiyalılar 3:1 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəlib. Onlar bu mərhələdə Almaniya yığması ilə mübarizə aparacaqlar.

Bundan sonra Azərbaycan voleybolçularının qənimi - İtaliya – Hollandiya milliləri ikinci yarımfinalçıların adına aydınlıq gətiriblər. Dueldən Apennin təmsilçilər qalib ayrılıblar – 3:1. Son Avropa çempionları finala gedən yolda Çexiya – Almaniya cütünün güclüsü ilə oynayacaqlar.

Pley-off mərhələsi
Çexiya - Fransa – 3:1 (25:21, 23:25, 25:14, 25:14)

1/4 final mərhələsi
İtaliya – Hollandiya – 3:1 (25:21, 25:20, 21:25, 25:18)

Bu gün daha 2 1/4 final matçı baş tutacaq. Almaniya Çexiyanı, Polşa Serbiyanı sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan yığması İtaliya qrup mərhələsində, Hollandiyaya isə pley-offda 1:3 hesabı ilə uduzmuşdu.
0