Tariximizdə ikinci nəticə!
29.09.2011 - 09:30
Tariximizdə ikinci nəticə!
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatında tutduğu yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Serbiya və İtaliyada keçirilən final mərhələsində pley-off oyunları başa çatdıqdan sonra 9-12-ci yerlərin sahiblərinin adlarına aydınlıq gəlib.

Mübarizəni bu mərhələdə dayandıran Faiq Qarayevin yetirmələri digər 3 uğursuzla müqayisədə daha yaxşı nəticəyə malik olduğundan 9-cu yerə layiq görülüb. Belə ki, yığmamız kimi pley-offa qrup üçüncüsü olaraq çıxan Fransa, İspaniya və Rumıniya milliləri də final mərhələsində keçirdiyi 4 qarşılaşmada cəmi 1 qələbə qazanıb. Amma voleybolçularımız set fərqində hər komandanı arxada qoya bilib.

9. Azərbaycan4136-10345-3833
10. Fransa4135-9279-3213
11. İspaniya4134-9275-3073
12. Rumıniya4134-9256-2853
13.Xorvatiya3124-6222-2363
14.Bolqarıstan3030-9177-2260
15.Ukrayna3030-9152-2290
16.İsrail3030-9144-2250


Bununla da Azərbaycan yığması Avropa çempionatları tarixində özünün ikinci nəticəsini göstərib. Belə ki, 4-cü dəfə final mərhələsinə qatılan komandamız yalnız 2005-ci ildə Xorvatiyada keçirilən analoji yarışda daha yaxşı nəticə göstərmişdi. Həmin vaxt voleybolçularımız 4-cü pilləni tutmuşdular. Növbəti 2 çempionatda isə Faiq Qarayevin yetirmələri həmin nəticədən çox-çox uzaq olmuşdu. 2007-ci ildə Belçika və Lüksemburqda və 2009-cu ildə isə Polşada baş tutan final mərhələlərində millimiz eyni nəticə göstərmişdi - 12-ci yer.

Qeyd edək ki, növbəti Avropa çempionatı 2013-cü ildə Almaniya və İsveçrə paytaxtları Berlin və Berndə keçiriləcək.
0