Hər iki ev sahibi yarımfinalda
30.09.2011 - 09:41
Hər iki ev sahibi yarımfinalda
Serbiya və İtaliyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatının həlledici mərhələsində 1/2 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib. Apaspotr.az saytının məlumatına görə, ev sahiblərindən İtaliyanın ardınca Serbiya yığması da yarımfinala yüksəlib.

Onlar Polşa voleybolçularını asanlıqla məğlub ediblər. İlk setdə asan qələbə qazanan serblər (25:14) ikinci hissədə də elə çətinlik çəkməyib – 20:25. Lakin üçüncü set Polşa oyununda dönüş yaradıb. Buna baxmayaraq, Serbiya voleybolçuları hissənin sonlarında daha səhvsiz oynayaraq, mərhələ adlamağı bacarıblar. Onlar yarımfinalda Türkiyə millisi ilə qarşılaşacaqlar.

Digər 1/4 final mərhələsində Almaniya da “quru hesabla” qələbə qazanıb. Nəticədə yarımfinala yüksələn komanda 1/2 finalda İtaliya ilə oynayacaqlar.

1/4 final mərhələsi
Almaniya – Çexiya – 3:0 (25:18, 25:20, 25:17)
Polşa – Serbiya – 0:3 (14:25, 20:25, 24:26)


Yarımfinal

1 oktyabr
Almaniya – İtaliya
Serbiya – Türkiyə


Qeyd edək ki, final və üçüncü yer uğrunda oyunlar oktyabrın 2-də keçiriləcək.
0