“Brno” Bakı klubu ilə oynamağa razılıq verdi
30.09.2011 - 12:40
“Brno” Bakı klubu ilə oynamağa razılıq verdi
Bakıda hazırlıqlarını davam etdirən “Lokomotiv” voleybol klubu təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ötən il olduğu kimi, yenə də Çexiyaya yollanacaqlar.

Oktyabrın 13-də Bakını tərk edəcək “Lokomotiv” orada 2 həftəlik məşq keçəcək. Çexiyada hələlik yoxlama matçı keçirmək üçün 1 rəqibin adına aydınlıq gəlib. Bu “Brno” klubudur.

Yoldaşlıq matçı üçün digər komandaların adları yaxın günlərdə dəqiqləşəcək.

“Lokomotiv” həmçinin səfər ərəfəsində Almaniyaya da yollanmağı planlaşdırır. Artıq bu ölkənin “Drezdner” komandası ilə oyun keçirmək üçün razılığa gəlinib.

Qeyd edək ki, “Drezdner” bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində Bakının “Rabitə” klubu ilə B qrupunda yer alıb.
0