“Fənərbaxça”dan “Bakı”ya dərs
02.10.2011 - 09:43
“Fənərbaxça”dan “Bakı”ya dərs
Qadın voleybolçulardan ibarət “Bakı” klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə “Çelenc Cup”da debüt edəcək paytaxt klubu qonşu ölkədə “Fənərbaxça” ilə yoldaşlıq matçında gücünü sınayıb.

Voleybolçularımız Çempionlar Liqasının qrup mərhələsində Bakının “Rabitə” klubunun rəqibinə ciddi müqavimət göstərsələr də, məğlub olublar. Belə ki, ilk setdə 19:25 hesabı ilə uduzan “Bakı” ikinci hissədə “Fənər”in 30:28 hesablı qələbəsinə şahidlik edib.

Daha sonra Türkiyə təmsilçisi 25:22, 28:26 hesabı ilə qələbə qazanıb və oyun 4:0 hesabı ilə rəqibin hesabına başa çatıb.
0