Türkiyə İtaliyaya qalib gəlib, bürünc medal qazandı
02.10.2011 - 19:17
Türkiyə İtaliyaya qalib gəlib, bürünc medal qazandı
Qadın voleybolçular arasında Avropa çempionatında bürünc mükafatın sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışın üçüncüsü adına Türkiyə milli komandası layiq görülüb.

Onlar bu uğura İtaliya yığmasını məğlub etməklə imza atıblar. Belə ki, qrup mərhələsində olduğu kimi üçüncü yer uğrunda da matçda türklər Apennin təmsilçisi üzərində 3:2 hesabı ilə qələbə qazanıblar.

Üçüncü yer uğrunda
İtaliya – Türkiyə - 2:3 (21:25, 25:15, 27:25, 19:25, 10:15)

Qeyd edək ki, hər 2 komanda qrup mərhələsində Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəlib.
0