Azərbaycan çempionları Avropanın ən güclüsüdürlər
02.10.2011 - 23:05
Azərbaycan çempionları Avropanın ən güclüsüdürlər
Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitənin ən güclüsü adına Serbiya milli komandası layiq görülüb.

Onlar finalda Almaniya voleybolçularını məğlub ediblər. 2 dəfə hesabda geri düşən serblər sonda 3:2 hesabı ilə qalib gələrək, tarixlərində birinci dəfə Avropa çempionu adını qazanıblar.

Final
Almaniya – Serbiya – 2:3 (25:16, 20:25, 25:19, 20:25, 9:15)

Qeyd edək ki, finalda Azərbaycan üçün 2 tanış sima da iştirak edib. Avropa çempionu olan serblər heyətində “Rabitə” ilə Super Liqanın qalibi adını qazanan Nataşa Krsmanoviç və Silviya Popoviç forma geyiniblər.
0