Avropa çempionatının finalçıları üçün daha bir lisenziya şansı
03.10.2011 - 12:33
Avropa çempionatının finalçıları üçün daha bir lisenziya şansı
Qadın voleybolçular arasında bütün qitələrdə çempionatlar başa çatdığından Dünya Kubokunda iştirak edəcək 10 milli komandanın adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, noyabrın 4-də Yaponiyada start götürəcək turnir London-2012-yə lisenziya xarakteri daşıyacaq. Burada ilk “3-lük” Olimpiadaya yollanacaq.

Dünya Kubokunda Avropanı son qitə çempionatının finalçıları – Serbiya və Almaniya təmsil edəcək.

Qeyd edək ki, noyabrın 18-dək davam edəcək turnirə son 2 vəsiqə “wild card”la veriləcək. Bu günlərdə bu komandaların adlarına aydınlıq gələcək.

1. Yaponiya (ev sahibi kimi)
2. Serbiya (Avropa çempionu)
3. ABŞ (Şimali Amerika çempionu)
4. Braziliya (Cənubi Amerika çempionu)
5. Çin (Asiya çempionu)
6. Keniya (Afrika çempionu)
7. Almaniya (Avropa çempionatının 2-cisi kimi)
8. Dominikan Respublikası (Şimali Amerika çempionatının 2-cisi kimi)
9. Koreya (Asiya çempionatının 2-cisi kimi)
10. Əlcəzair (Afrika çempionatının 2-cisi kimi)
11. WILD CARD
12. WILD CARD
0