Yığmamızın oyunlarının hakimləri müəyyənləşib
04.10.2011 - 09:07
Yığmamızın oyunlarının hakimləri müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti 2 oyunun ədalət təmsilçiləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 6-da Norveç və 4 gün sonra Belçika ilə ev matçlarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektorları və UEFA nümayəndəsi açıqlanıb.

6 oktyabr

18:00. Azərbaycan – Norveç
Baş hakim: Arnold Hunter
Baş hakimin köməkçiləri: Paul Munn, Tomas Feyrfild
Dördüncü hakim: Raymond Kranql (hamısı Şimali İrlandiya)
Hakim-inspektor: Janos Rinq (Macarıstan)
UEFA nümayəndəsi: Andrian İksari (Moldova)
Bakı. “Dalğa Arena” stadionu


10 oktyabr

18:00. Azərbaycan – Belçika
Baş hakim: Marius Avram
Baş hakimin köməkçiləri: Sebastyan George, Miklos Nagi
Dördüncü hakim: Radu Popesku (hamısı Rumıniya)
Hakim-inspektor: Valter Klark (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Mehmt Süheyl Önen (Türkiyə)
Bakı. “Dalğa Arena” stadionu
0