Mixaylo Bakıda
04.10.2011 - 11:54
Mixaylo Bakıda
“Çelenc Cup” turnirində debüt edəcək “Bakı” voleybol klubunun oktyabrın 8-də və 9-da keçirəcəyi oyunlara təyinat alan hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışın I mərhələsində “Famagusta” (Kipr) ilə qarşılaşacaq paytaxt komandasını oyuna rusiyalı Olqa Zaxarova çıxaracaq.

Köməkçi hakim funksiyasını isə Medved Mixaylo (Ukrayna) yerinə yetirəcək. 1 gün sonra baş tutacaq cavab oyununda hakimlər yerlərini dəyişəcəklər: Mixaylo baş hakim, Zaxarova köməkçi referi olacaq.

Qeyd edək ki, “Çelenc Cup”da mübarizə aparacaq digər Azərbaycan klubu “Lokomotiv” isə yarışa II mərhələdən qoşulacaq.
0