Yığmamız dünyanın 36-cı komandası oldu
04.10.2011 - 17:28
Yığmamız dünyanın 36-cı komandası oldu
Beynəlxalq Voleybol Federasiyası (FİVB) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bütün qitələrdə başa çatan çempionatların yekununa əsasən açıqlanan siyahıda qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 6 pillə geriləyib.

Avropa çempionatında 9-cu olan Faiq Qarayevin yetirmələri Tunislə birgə 36-37-cı pillələri bölüşdürürlər. Hər iki komandanın aktivində 18 xalı var.

Siyahıya əvvəlki kimi Braziliya voleybolçuları başçılıq edirlər. Onlar 215 xal reytinq xalına malikdirlər.

Son Avropa çempionu olan Serbiya isə cəmi 1 pillə irəliləyib və 5-ci yerə yüksəlib. İkinci yerin sahibi Almaniya 9-cu, bürünc mükafatçı Türkiyə isə 10-cudur. Bu komandalar hərəyə 2 rəqiblərini arxada qoyublar.

Maraqlıdır ki, son vaxtlar oyun beynəlxalq arena üzünə həsrət qalan kişilərdən ibarət yığmamız 3 pillə qabağa gedib. Sabir Əliyevin yetirmələri hazırda Maldiv adaları, Kayman adaları, Aruba adaları, Samoa adaları, Sent Kitts, Dominika adaları, Anguilla adaları, Sent Vinset və Qrenadin, Qrenada, Beliz, Macarıstan və Böyük Britaniya ilə 91-103-cü yerləri bölüşürlər.

Kişi voleybolçular arasında da dünyanın ən güclü millisi Braziliyadır.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 4 oyun keçirən Faiq Qarayevin yetirmələri onların 3-də məğlub olub.
0